Skip to main content

Sumqayıt Hospital

Haqqımızda

İllik təcrübə
0 +

Sağlam Gələcək üçün Etibarlı tibbi xidmət

Sumqayıt Hospital müasir tibbi texnologiyalar, peşəkar həkim heyəti və beynəlxalq standartlara uyğun xidmət anlayışı ilə fəaliyyət göstərən aparıcı özəl tibb müəssisələrindən biridir. Pasiyent məmnuniyyətini əsas prinsip qəbul edərək, təhlükəsiz, keyfiyyətli və etibarlı tibbi xidmət təqdim edir, hər bir müraciətə fərdi yanaşma göstəririk.

Tariximiz

Sumqayıt Hospital 1 may 2020-ci il tarixində fəaliyyətə başlamışdır. Qısa müddət ərzində regionun aparıcı özəl xəstəxanalarından birinə çevrilən klinikamız KT, MRT, laboratoriya, angiografiya, cərrahiyyə, doğuş və digər ixtisaslaşmış tibbi xidmətləri müasir avadanlıqlarla həyata keçirir. Bu gün minlərlə pasiyentin etibarını qazanan xəstəxanamız yüksək keyfiyyətli tibbi xidmətini davam etdirir.